Ağsuda 55 yaşlı kişi özünü asıb


Ağsu rayonunda intihar hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ağsu şəhərinin Natavan küçəsindəki 67 saylı ünvanda yerləşən mənzildə qeydə alınıb.
Rayon sakini, 1967-ci il təvəllüdlü Qurbanov Siyavuş Vəzir oğlu yaşadığı evdə özünü kəndirlə asıb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb.
S.Qurbanovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Faktla bağlı Ağsu rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top