Arvadını və qızını öldürən qatilin əmisi danışdı - VİDEO + YENİLƏNİB


Şəmkirdə baş verən dəhşətli qətllə bağlı bəzi təfərrüatlar məlum olub.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, qətli törədən Elməddin Həsənovun əmisi Həsənov Tofiq danışıb.
Qatilin əmisi bildirib ki, qardaşı oğlunun başında ağrılar vardı, əsəb xəstəsi idi sabah həkimə gedəcəkdi:
“Sabah həkimə getməliydi guya, bu gün belə oldu”.
Hadisə yerindəki qonşular isə söyləyib ki, Elməddin Həsənov kənardan normal şəxs kimi görünürdü, bazarda al-ver edirdi.

***12:56

Fevralın 13-də Şəmkir rayonunun Çinarlı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elməddin Həsənovun 1995-ci il təvəllüdlü arvadı Lalə Həsənova və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovaya çoxsaylı bıçaq zərbələri vuraraq öldürməsi barədə Şəmkir rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan Yeniavaz.com-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun qablaşdırılaraq götürülüb.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin gün təxminən saat 07 radələrində Elməddin Həsənov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evin yataq otağında hamilə vəziyyətdə olan arvadına və köməksiz vəziyyətdə olan azyaşlı qızına mətbəx bıçağı ilə çoxsaylı zərbələr yetirərək qəsdən öldürüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.8 və 120.2.9-cu maddələri ilə cinayət işi başlanıb.
Elməddin Həsənov tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***11:16
Bu gün səhər saatlarında Şəmkirdə dəhşətli qətl hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.
Belə ki, Elməddin Həsənov 1995-ci il təvəllüdlü həyat yoldaşı Həsənova Laləni və 2014-cü il təvəllüdlü qızı Q.Həsənovanı bıçaqla qətlə yetirib.
Çinarlı qəsəbəsinin yerli nümayəndəsi Elçin Abbasov bildirib ki, qətli törədən Elməddin Həsənov əsəb xəstəliyindən əziyyət çəkirmiş. Hadisənin də bu səbəbdən törədildiyi bildirilir.
E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top