Bakıda polisləri bıçaqlayan şəxs zərərsizləşdirilib - YENİLƏNİB


Polisə silahla müqavimət göstərən şəxs məhv edilib
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, dünən Səbail rayonu ərazisində qeyri-rəsmi münasibətdə olduğu qadını bıçaqladığına görə qadından 102 Zəng Mərkəzinə daxil olan çağırışa gələn polis əməkdaşlarına da bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçan şəxsin gizləndiyi yer müəyyən edilib.
Onun saxlanılması üçün keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Aydın Babayev polis əməkdaşlarına silahlı müqavimət göstərib. Buna görə də polis əməkdaşları tərəfindən silah tətbiq edilib və Aydın Babayev öldürülüb.
Hadisə yerindən ona məxsus bir ədəd tapança aşkar edilərək götürülüb.

***10:20
Bakıda Çevik Polis Alayının 2 əməkdaşı bıçaqlanıb.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, dünən saat 17:00 radələrində vətəndaş Məlahət Şükürova Daxili İşlər Nazirliyinin “102” çağırış xidmətinə müraciət edərək tanışı Aydın Babayev tərəfindən qol və qarın nahiyələrindən bıçaq xəsarətləri aldığını deyib.
Məlumatla əlaqədar Çevik Polis Alayının Eldəniz və Coşqun adlı iki əməkdaşı Məlahət Şükürovanın qeyd etdiyi ünvana gedbi. Onlar həmin ünvanda Aydın Babayevi nizam-intizama dəvət edərək, polis bölməsinə aparmaq istəyiblər.
Bu zaman Aydın Babayev Çevik Polis Alayının hər iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.3 və 29, 120.2.7-ci maddələri ilə cinayət işi başlanılıb. Hazırda Aydın Babayevin tutularaq istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top