Heydər Əliyevin həmsədrlərə sərt iradları: “Gərək evləndirək” - VİDEO


Azərbaycan Televiziyasının efirində Ulu öndər Heydər Əliyevin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü zamanı narazılıqlarını dilə gətirdiyi nadir kadrlar yayımlanıb.

Yeniavaz.com xəbər verir ki, sözügedən kadrlarda Heydər Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərinə sərt iradlarını bildirir. 2001-ci ilin noyabrın 4-də baş tutmuş görüşdə H.Əliyev bildirib: 

“Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin 13 yaşı var, ATƏT-in Minsk Qrupunun 9 yaşı var. Amma görün, neçə illər keçib, məsələ həll olunmayıb. Bir az da ləngisək, ATƏT-in Minsk Qrupu böyük bir oğlan olacaq. Onu gərək evləndirək. Yaxud ola bilər, qız olsun, onu ərə verək. Bu daha tez ola bilər”. 

Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top