Putin və Makron arasında yenidən danışıqlar oldu


Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə Ukrayna ətrafındakı vəziyyəti 1 saat 40 dəqiqə müzakirə edib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Yelisey sarayından məlumat verilib. “Agence France-Presse” in prezident administrasiyasındakı mənbəsinin sözlərinə görə, söhbət Ukrayna ətrafında gərginliyin azaldılması məsələsi ilə bağlı baş tutub.
Qeyd edək ki, Fransa və Rusiya liderləri arasında söhbət onların son həftələrdə apardıqları dördüncü telefon danışığı olub. Makron bazar ertəsi Moskvaya səfər edib və orada Putinlə beş saatlıq danışıqlar aparıb. Bundan sonra Fransa lideri diplomatik fəaliyyətini davam etdirmək üçün Kiyev və Berlinə səfər edib.
 

DİGƏR XƏBƏRLƏR

Top