
Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərə açıqlamasında Rusiyanın fevralın 16-da planlaşdırıldığı iddia edilən işğalı barədə məlumat istəyib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, Zelenski bu mövzuda həddən çox iddianın olduğunu dilə gətirib:
“Əgər sizin və ya başqa şəxslərin 16 fevral tarixindən etibarən Rusiya Federasiyasının Ukraynaya 100 faiz hücumu ilə bağlı əlavə məlumatınız varsa, lütfən, bizə də bildirin. Bu gün informasiya məkanında Rusiya Federasiyası tərəfindən dərin miqyaslı müharibə haqqında çoxlu məlumatlar var, hətta müvafiq tarixlər də artıq elan edilir. Biz bütün riskləri başa düşürük. Ukrayna istənilən sərhəddən mümkün hücuma hazır olmalıdır”.