İraq öz vətəndaşlarını Ukrayna ərazisini tərk etməyə çağırdı


İraq rəhbərliyi təhlükəsizlik mülahizələrini nəzərə alaraq öz vətəndaşlarını Ukrayna ərazisini tərk etməyə, Kiyevdəki səfirliyin əməkdaşlarını isə illik məzuniyyətə çıxmağa çağırır. 
Yeniavaz.com
xəbər verir ki, b
u barədə Ərəb Respublikasının Xarici İşlər Nazirliyinin şənbə günü yaydığı bəyanatda deyilir.

"XİN Ukraynada hökm sürən fövqəladə vəziyyətlə əlaqədar İraq icmasının təhlükəsizliyindən narahat olduğunu bildirir və iraqlıları Ukrayna ərazisini tərk etməyə çağırır, həmçinin vətəndaşları öz təhlükəsizlikləri üçün bu ölkəyə səfərlərdən çəkinməyə çağırır"-deyə məlumatda bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top