Oğurluq edən şəxsi saxlayanda damdan yerə düşdü, xəsarət aldı


Gecə saatlarında Mingəçevirdə yerləşən Orxan ticarət mərkəzi ərazisində oğurluğa cəhd olub.
Yeniavaz.com xəbər verir ki, oğrunu yaxalamaq istəyən gözətçi xəsarət alıb.
Mingəçevir  ticarət mərkəzinin və ona bitişik liseyin gözətçiləri obyektlərin dam hissəsində şübhəli səslər və hərəkətlilik hiss ediblər.
Onlar damı söküb içəri daxil olmaq istəyən şübhəli şəxsi yaxalamaq qərarına gəliblər. Sürətlə damda şübhə doğuran hissəyə qaçan gözətçilərdən biri dam örtüyünün sınması nəticəsində hündürlükdən birbaşa obyektin içinə yıxılıb.
Hadisə nəticəsində müxtəlif dərəcəli sınıq, qırıq xəsarəti və qapalı travma alan 1994-cü il təvəllüdlü gözətçi Rəcəbli Elsevər Nadir oğlu xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir.
 

DİGƏR XƏBƏRLƏR

Top