Bakıda yenidən dünyanın ən hündür bayraq dirəyi quraşdırılacaq - FOTO

 
ENKA-nın törəmə şirkəti "Çimtaş" Azərbaycanın paytaxtı Bakıda dünyanın ən hündür bayraq dirəyini quraşdıracaq.

Yeniavaz.com xəbər verir ki, bu məlumat ENKA şirkətinin rəsmi "Facebook" səhifəsində paylaşılıb. 
 
Bayraq dirəyi şəhərin güclü küləkləri səbəbindən dizayn və mühəndislik işləri ilə də diqqət çəkəcək. Əsasından yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər olan mast, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarət olacaq. İstehsalına 2021-ci ilin sentyabrında başlanan və daxili hissələrlə təchiz edilmiş mast seqmentlərinin 2022-ci ilin aprel ayında "Çimtaş" tərəfindən Volqa-Don kanalından Xəzər dənizinə daşınması planlaşdırılır. Tamamlandıqdan sonra dirəyin ümumi uzunluğu platformasından 191 m olacaq.
Qeyd edək ki, daha əvvəl də Bakıda dünyanın ən hündür bayraq dirəyi quraşdırılsa da, texniki səbəblərdən sökülüb.


 

 

DİGƏR XƏBƏRLƏR

Top