Rusiya diplomatlarını Ukraynadan çıxarmağa başlayır


Rusiya Federasiyasının diplomatları və konsulluq əməkdaşları Ukraynanı tərk etməyə başlayıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə məlumatlı mənbədən bildirib.
“Ukrayna vətəndaşlarının verdiyi məlumata görə, Rusiya diplomatları və Ukraynadakı konsulluq əməkdaşları Rusiyaya getməyə başlayıblar. Xüsusilə konsulluqlarda və səfirliklərdə qəbula yazılarkən yaranan çətinliklər bunu sübut edir” -, mənbə bildirib.
Qeyd edək ki, daha əvvəl “RİA Novosti”yə diplomatik missiyanın mətbuat attaşesi Denis Qolenko Federasiyasının Kiyevdəki səfirliyinin normal rejimdə işlədiyini bildirib. “Qismən təxliyə ilə bağlı qərar hələ qəbul edilməyib, lakin Xarici İşlər Nazirliyi bu məsələnin üzərində işləyir” -, Qalenko deyib.
 

DİGƏR XƏBƏRLƏR

Top