Vitali Kliçko: "Kiyev meriyası evakuasiya planı hazırlayıb"


Ukraynada Kiyev meriyası şəhərin kritik və sosial infrastrukturunu mümkün fövqəladə vəziyyətə hazırlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.

“Şəhər xidmətləri bu gün artıq hərbi fövqəladə vəziyyətin qarşısının alınması şəraitində işləyir. Buna görə də, bizim səylərimiz mümkün təxribatların qarşısını almağa və ya aradan qaldırmağa, hərbi hücum şərtlərinə tab gətirməyə yönəlib. Meriya hər bir ərazidə evakuasiya komissiyaları yaradıb və evakuasiya planı hazırlayıb”, - deyə şəhər meri bildirib.

Kliçkonun qeyd edib ki, Kiyev hakimiyyəti sığınacaqların sayını üç dəfə artırıb.
 

DİGƏR XƏBƏRLƏR

Top