Balakəndə qəzada ölən və yaralananların kimliyi bilindi - YENİLƏNİB


Balakəndə baş verən ağır yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, qəza zamanı ölən şəxs avtomobildə sərnişin qismində olan rayonun Tülü kənd sakini 53 yaşlı Ramil Ramazan oğlu Rəşidovdur.

Yaralılar isə rayonun Kortala kənd sakini Namiq Abbas oğlu Abbasov, şəhər səhər sakinləri Malik Şahruddin oğlu Qadalov və Mübariz Həmzat oğlu Xoçberovdur.

Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, yaralanan şəxslərdən Malik Qadalov idarə etdiyi “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını qaz xəttinə vurub.

Faktla bağlı araşdırma aparılır.


***21:34
Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə saat 20 radələrində rayonun Kortala kəndinin inzibati ərazisində baş verib.
İlkin məlumata görə, minik avtomobili idarəetmədən çıxaraq qaz xəttinə dəyib. Qəza zamanı bir nəfər ölüb, daha üç nəfər xəsarət alıb. Hazırda rayonun hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində araşdırma aparır.

DİGƏR XƏBƏRLƏR

Top