12 mindən çox şəxsə amnistiya tətbiq edilib


Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya aktının icrasının davam etdiyi, ədliyyə orqanları və məhkəmələr tərəfindən bu günədək artıq 12.300-dən çox şəxsə tətbiq edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Məlumat verilib ki, amnistiyanın tətbiqi nəticəsində 8.100-ə yaxın şəxs ayrı-ayrı cəzalardan, o cümlədən 2.700-dək məhkum azadlıqdan məhrum etmə cəzasından azad edilib, 3.400-dən çoxunun isə cəza müddəti azaldılıb.

Məhkəmələrin icraatında olan cinayət işləri üzrə isə 800 nəfərə yaxın şəxsə amnistiya tətbiq edilərək onlardan yarıdan çoxu cəzadan azad edilib və ya cəza müddətləri azaldılıb, 150-dək şəxs barəsində isə cinayət təqibinə xitam verilib.

DİGƏR XƏBƏRLƏR

Top