
Respublika Klinik Uroloji Xəstənasının baş həkimi Pərviz Hacıyev tutduğu vəzifədən ayrıldığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Respublika Klinik Uroloji Xəstənasından ayrıldım, öz inkişafıma və xəstələrimə daha çox vaxt ayırmalıyam, icazə istədim. Mənə etimad edib bu məsuliyyətə laiq gördükləri üçün TƏBİB və İTS-nin rəhbərlərinə təşəkkür edirəm. 1,5 ildə RKUX-da gözəl insanlar tanıdım, müəllimlər, dostlar qazandım. Köklü Urologiya məktəbinin ailəsinin üzvü oldum, mənə sahib çıxdılar. Ümid edirəm ki, gözəl işlərə imza atacaqlar. Hamısına uğurlar arzulayıram”, - paylaşımda bildirilib.