Rafael Ağayevə yeni vəzifə və rütbə verildi


Azərbaycanın tanınmış karateçisi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevə Dövlət Gömrük Komitəsində (DGK) yeni vəzifə və rütbə verilib.
37 yaşlı idmançı "Azerterminalkompleks" Birliyinin Gömrük Fəaliyyətinin Həyata Keçirilməsinə Yardım Xidmətində inspektor vəzifəsindən azad edilib.
Təcrübəli karateçiyə mayor rütbəsi verilib və Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib.
Məlumatı DGK-dan Yeniavaz.com-a təsdiqləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top