Ramiz Mehdiyevin qardaşı oğlu icra başçısına medal verdi – FOTO


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova Dövlət Gömrük Komitəsinin 30 illik yubileyi münasibətilə medal təqdim edilib. 
Yeniavaz.com
xəbər verir ki, medal Niyazi Bayramova Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Telman Mehdiyev tərəfindən təqdim edilib. 
Məlumat üçün bildirək ki, İcra başçısına medalı təqim edən general-mayor Telman Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin qardaşının oğludur.
Telman Mehdiyev daha əvvəl Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi olub. Bir il əvvəl general-mayor rütbəsi alıb. Bir ay əvvəl isə Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi təyin olunub.
Onu da bildirək ki, Telman Mehdiyevin qardaşı Nəriman Mehdiyev 2018-ci ildən etibarən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyir.


A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top