
Ermənistan Azərbaycan və Rusiya Federasiyasına avtomobil nəqliyyatı əlaqəsinin bərpası ilə bağlı təklif təqdim edib
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
"Biz yollarla bağlı təklifləri formalaşdırıb Azərbaycan tərəfinə, Rusiya və beynəlxalq tərəfdaşlara təqdim etmişik. Azərbaycandan müsbət cavab alan kimi biz avtomobil nəqliyyatı əlaqəsinin bərpası və tikintisi prosesini həyata keçirməyə hazırıq", - deyə Paşinyan bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz