
Rusiya Prezidenti Vladimir Putin fevralın 14-də Türkiyəyə səfər edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RİA Novosti” diplomatik mənbələrə istinadən məlumat yayıb.
“Tarix yaxın günlərdə açıqlanacaq, ola bilsin, fevralın 14-ü olsun”, - mənbə bildirib
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Putinin Türkiyəyə səfərinin hələlik dəqiq tarixinin olmadığını, lakin gələcəkdə belə bir səfərin baş tutacağını bildirib.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                