"Azəriqaz"dan Usubovun istixanası ilə bağlı AÇIQLAMA


Bəzi Kütləvi İnformasiya Vasitələrində “Azəriqaz” İB ilə istixana sahibi arasında məhkəmə prosesi ilə bağlı məlumatlar dərc olunur. Və bu prosesdə qarşı tərəfin kimliyi məsələnin mahiyyətindən daha çox qabardılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin Ramil Usubovun oğlu Raul Usubova məxsus istixanaya borc yazılmasına görə məhkəmə prosesi ilə bağlı açıqlamasında deyilir.
Bildirilib ki, məhkəmə predmeti olan mübahisələrdə abonentlərin məxfiliyi Birlik tərəfindən birmənalı olaraq qorunur.
""Azəriqaz" İB-nin abonentlərin qohumluq əlaqələrini təftiş etmək kimi niyyət və məqsədi yoxdur. Çünki şəxslərin kimliyi hansısa tərəfə əlahiddə üstünlük vermir. İstənilən mübahisələr məhkəmələrin çıxardığı qərarla tənzimlənir" -, açıqlamada bildirilib.
Qeyd edək ki, bu gün yerli mətbuatda keçmiş daxili işlər naziri general-polkovnik Ramil Usubovun oğlu, Qaradağ rayon Polis İdarəsinin Mühafizə İdarəsinin rəisi polkovnik Raul Usubova məxsus istixana kompleksində külli miqdarda qaz borcunun yaranması xəbərləri yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top