“Tərtər işi”nə görə həbs edilən polkovnik Vətən müharibəsində döyüşüb? – VİDEO


Xəbər veridiyimiz ki, bu gün Baş Prokurorluq “Tərtər işi” ilə bağlı açıqlama yayıb. Açıqlamada həmçinin bildirilib ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Ələsgərov Vüsal Əziz oğlu Cinayət Məcəlləsinin bir sıra maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Yeniavaz.com
xəbər verir ki, polkovnik V. Ələsgərovun döyüş zamanı çəkilmiş kadrları da sosial şəbəkələrdə yayılıb. Kadrların Vətən müharibəsində çəkildiyi iddia edilir. Lakin əksər sosial şəbəkə istifadəçiləri kadrların müharibə zamanı deyil, qeyri-döyüş şəraitində çəkildiyini yazıblar. Buna səbəb kimi isə polkovnikin döyüşərkən əynində qoruyucu jilet və başında dəbilqənin olmaması göstərilib.
Həmin kadrları təqdim edirik:

Qeyd edək ki, V. Ələsgərov hələ mayor rütbəsində olan zaman Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top