“Ramiz Mehdiyev yeganə adamdır ki, işə silahlı mühafizəçilərlə gəlir”


“İndi Ramiz Mehdiyev yeganə adamdır ki, işə silahlı mühafizəçilərlə, Dövlət Yol Polisinin və iki avtomobilin müşayiəti ilə gəlir. Heç kəsin ona yaxınlaşıb dərdini demək şansı yoxdur”.
Yeniavaz.com
xəbər verir ki, bunu “musavat.com”da dərc edilən yazısında AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın riyaziyyat və mexanika institutunun direktoru Misir Mərdanov deyib.
“Uzun illərdir ki, ölkənin nüfuzlu qurumu kimi dövlət tərəfindən şəhərin ən gözəl memarlıq abidələrinin birində yerləşən AMEA-nın Rəyasət Heyətinin binası ilk dəfədir ki, tarixi əhəmiyyəti nəzərə alınmadan milyonlarla dövlət vəsaiti hesabına cənab Ramiz Mehdiyevin zövqü ilə yenidən qurulmuşdur. Bütün memarlıq dəyərlərini, texniki imkanlarını, yükgötürmə məhdudluğunu qulaqardına vuraraq binanın daxili konstuksiyasına kobud müdaxilə edilmiş, üçüncü mərtəbəyə qalxa bilməyən “kişi” üçün xüsusi lift quraşdırılmışdır” -, məqalədə qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top