Həbsdən çıxıb arvadını öldürdü, qonşusunu yaraladı - YENİLƏNİB


Yevlaxda 48 yaşlı kişi arvadını güllələyərək öldürüb, qonşusunu yaralayıb.
Rayon prokurorluğundan Yeniavaz.com-a verilən məlumata görə, bu gün Hacıselli kənd sakinləri 1977-ci il təvəllüdlü Elnarə Qarayevanın yaşadığı evdə öldürülməsi və qonşusu 1959-cu il təvəllüdlü İldırım Qarayevin xəsarət alması barədə prokurorluğa məlumat daxil olub.
Araşdırmalarla Elnarə Qarayevanın əri 1974-cü il təvəllüdlü Mehdi Qarayevin odlu silahla Elnarə Qarayevanı qəsdən öldürməsinə, qonşusu İldırım Qarayevə isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. Mehdi Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq tədbirləri davam etdirilir.

***12:06
Yevlaxda ər odlu silahla həyat yoldaşını öldürüb və ailənin başqa bir üzvünü ağır yaralayıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə rayonun Hacıselli kəndində baş verib.
Belə ki, 1977-ci il təvəllüdlü kənd sakini Qarayeva Elnarə Qafar qızı naməlum səbəbdən əri, Qarayev Mehdi Atakişi oğlu tərəfindən odlu silahla qətlə yetirilib. Qatil eyni anda ailənin digər üzvü 1959-cu il təvəllüdlü Qarayev İldırım Zirəddin oğlunu da silahla yaralayıb.
Qətl törətməkdə şübhəli bilinən Qarayev Mehdi Atakişi oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, M. Qarayev bir il əvvəl də həyat yoldaşını öldürməyə cəhd edib. Həmin vaxt E. Qarayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Başından balta zərbəsi alan, barmaqlarının bir neçəsi kəsilən və sümükləri sındırılan qadını ərinin döydüyü və xəsarət yetirdiyi müəyyənləşib. Cinayət əməlinə görə həbs edilən Mehdi açıq şəkildə bildirib ki, azadlığa çıxandan sonra işini başa çatdıracaq. O, həbsdən çıxandan sonra tüfəngə əl ataraq istəyinə nail olub. Faktla bağlı araşdırma aparılır.




Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top