Uşaqların satdığı salfetin içinə narkotik qoyulur? - DİN araşdırır


Bakıda küçələrdə bəzi vətəndaşların salfet paketlərinin içərisinə narkotik qoyaraq uşaqlara satdırdığı iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə iddialar sosial şəbəkələrədə yayılıb.
Yayılan iddialara görə, uşaqlardan salfet alan bir şəxsi qısa müddət sonra Çevik Polis Alayının əməkdaşları saxlayıb və paketi açdıqda içərisindən sintetik narkotik çıxıb. Məlumata görə, Tbilisi prospektində baş verən hadisə zamanı polislər onun narkotik alveri ilə məşğul olduğunu bildiriblər və vətəndaşa 1500 manat cərimə yazılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yeniavaz.com-a bildirilib ki, polis yayılan iddialar barədə məlumatlıdır:
“Bu istiqamətdə müvafiq araşdırmalar aparılır. Məsələnin təfərrüatı araşdırmanın nəticəsindən sonra məlum olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top