Sedat Pekerin adını çəkdiyi Halil Falyalı öldürüldü


Şimali Kiprdə hotel sahibi olan Halil Falyalı və onun sürücüsü silahlı hücum nəticəsində dünyasını dəyişiblər.
Yeniavaz.com
“NTV”yə istinadən xəbər verir ki, Falyalı və həyat yoldaşının avtomobillərinin olduğu kortecə silahlı hücum təşkil edilib.
Bildirilir ki, hücum zamanı Falyalının ailəsi başqa avtomobildə olduğu üçün onlara ziyan dəyməyib.
Falyalı ağır yaralı olaraq yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Sürücüsü isə hadisə yerində həyatını itirib.
Halil Falyalı ötən ilin oktyabrında “basqın”, “quldurluq” və “məcburi saxlama” işi üzrə istintaqa cəlb olunub. Girne Rayon Məhkəməsində açılan iş iddiaların geri götürülməsi səbəbindən bağlanıb və Falyalı dekabrda sərbəst buraxılıb.
Qeyd edək ki, mütəşəkkil cinayət təşkilatının lideri olduğu iddiasıyla axtarılan və Türkiyədən xaricdə yaşayan Sedat Peker 2021-ci ilin may ayında yayımladığı videolarda həm Türkiyədən, həm də Kiprdən olan siyasətçilərlə bağlı bir çox iddialar səsləndirib. Onlardan biri də Halil Falyalı olub. Pekerin adını çəkdiyi şəxslərdən digəri, Taner Ay Bolqarıstanda avtomobilinin uçurumdan yuvarlanması nəticəsində ölüb. Falyalı 2016-cı ildən çirkli pulların yuyulması və narkotik ticarəti ittihamı ilə ABŞ tərəfindən axtarışa verilib.

DİGƏR XƏBƏRLƏR

Top