
Avropa İttifaqı hesab edir ki, Rusiya Federasiyası Ukraynanı ələ keçirmək niyyətində deyil, sadəcə olaraq Avropada təhlükəsizlik məsələlərinə yenidən baxılması naminə ona təzyiq göstərir.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu fikri Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borell deyib. O, Rusiya ilə dialoqun vacibliyini vurğulayıb və bununla bağlı Fransa prezidentinin Rusiyaya səfərini alqışlayıb. “Biz onların təhlükəsizlik narahatlıqlarından xəbərdar olmalı və onlar haqqında danışmalıyıq”-deyə Aİ rəsmisi vurğulayıb.