
Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan məlumat verib.
Görüşün təfərrüatları açıqlamayıb.
Diplomat Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistanın postsovet məkanında ölkələrin birləşməsi prosesində üzvlüyünün perspektivləri ilə bağlı bəyanatından sonra Xarici İşlər Nazirliyinə çağırılıb.