Böyük Britaniya Polşaya 350 xüsusi təyinatlı göndərdi


Böyük Britaniya hakimiyyəti Kral Dəniz Piyadalarının 3-cü Xüsusi Təyinatlı Briqadasının tərkibində 45-ci Xüsusi Təyinatlı Batalyondan 350 hərbçini Polşaya göndərəcək. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, Şotlandiyanın Arbroat şəhərində yerləşən 45-ci batalyonun hərbi qulluqçuları yaxın günlərdə Polşaya yerləşdiriləcək. Onlar Ukrayna sərhədində davam edən gərginlik şəraitində Polşa silahlı qüvvələrilə birgə təlimlər, fövqəladə halların planlaşdırılması və digər məsələlərdə köməklik göstərəcəklər.
 

DİGƏR XƏBƏRLƏR

Top