Rüstəm Əbülfətoğlu MEDİA-dan istefa verdi


Rüstəm Əbülfətoğlu (Əhmədov) MEDİA-dakı vəzifəsindən istefa verib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə feysbuk profilində paylaşım edib.
“Mənə göstərilmiş etimadın məsuliyyətindən çıxış edərək Medianın İnkişafı Agentliyindəki (MEDİA) fəaliyyətimi bu gün öz xahişimlə başa vurdum” -, paylaşımda bildirilib.
Qeyd edək ki, Rüstəm Əbülfətoğlu Agentliyin Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru vəzifəsini icra edirdi.

DİGƏR XƏBƏRLƏR

Top