Məşhur futbolçuların istifadə etdiyi cihaz Azərbaycanda – VİDEO


“INDIBA AT7” cihazı biostimulyasiya və istilik effekti təsirinə malik olub elektromaqnit dalğaları vasitəsilə orqanizmə daxil olaraq terapevtik təsir göstərir.
Bu barədə Yeniavaz.com-a cihazın Azərbaycandakı rəsmi distributoru olan “Ambiance Med” şirkətindən məlumat verilib.
Məlumatda bildirilib ki, İspaniya brendi olan cihaz kiçik, yığcam “INDIBA” seriyası olub, yüksək texnologiyaları özündə birləşdirir:
“Dünyaca məşhur futbolçular, fitnes və atletika sahəsindəki idmançıların zədələnmələr zamanı istifadə etdikləri fizioterapiya və reabilitasiya üsullarından biridir. Bundan başqa bizim “INDIBA Activ CT8” və “INDIBA Activ CT9” cihazlarımız da mövcuddur”.
Qeyd edək ki, “Ambiance Med” şirkəti ölkəmizdə tibbi avadanlıqların və qida əlavələrinin satışı, fizioterapiya mərkəzlərinin qurulması, texniki servis, təlimlərin keçirilməsi və s. xidmətləri həyata keçirir.

DİGƏR XƏBƏRLƏR

Top