Xocalıdakı avtobus qəzası ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB


"Hadisə ilə bağlı Xocalı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xocalı rayonunun Sığnaq kəndində baş verən avtobus qəzasına münasibət bildirən Daxili İşlər Nazirliyinin Gəncə Regional Qrupundan bildirilib.

***10:54
Xocalının Sığnaq kəndində baş vermiş avtobus qəzasında yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən "report"a bildirilib. Qeyd olunub ki, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən 13 nəfərin müalicəsi davam edir.

"Ağırlaşma halları müşahidə olunmur. Reanimasiyada müalicə alan 2 nəfərdən biri bu gün ümumi palataya keçiriləcək. Həkimlər yaralıların vəziyyətini orta ağır kimi qiymətləndirir", - nazirlikdən bildirilib.

Qeyd edək ki, fevralın 6-da Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən 21 nəfər xəsarət alıb. 16 nəfər ilkin tibbi yardımdan sonra Bakıya təxliyə edilib. 5 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasındadır. Yaralıların vəziyyəti sabitdir və həkim nəzarətindədirlər.

Qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top