Bakıda ölən 15 yaşlı qız 10 ay əvvəl ərə verilibmiş - YENİLƏNİB


Fevralın 4-də, saat 18 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi sakini 06 may 2006-cı il təvəllüdlü Nigar Rüstəmova (ad və soyad şərtidir) və bətnindəki dölün ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xəzər rayon prokurorluğundan Yeniavaz.com-a verilən məlumata əsasən, aparılan araşdırmalarla müəyyən edilmişdir ki, mərhum 10 ay əvvəl 1993-cü il təvəllüdlü Elvin Məmmədov (ad və soyad şərtidir) ilə ailə həyatı qurmuş, fevralın 4-də, saat 14 radələrində yaşadığı ünvanda ev şəraitində ölü döl doğduqdan sonra halının pisləşərək komatoz vəziyyətə düşməsi səbəbindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilmiş və saat 18 radələrində xəstəxananın reanimasiya şöbəsində ölmüşdür.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, Nigar Rüstəmovanın (ad və soyad şərtidir) və dölün meyitlərə baxış keçirilmiş, meyitlərin bədən səthi üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməmişdir.
Hazırda faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.

***10:06
Bakıda yeniyetmə qız uşaq dünyaya gətirib, sonra özü və körpəsi ölüb.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb.
Belə ki, 15 yaşlı G.B. və dünyaya gətirdiyi uşaq ölüb.
Araşdırmalar nəticəsində G.B.-nin əvvəllər 28 yaşlı Mayıl Hadıyevlə qeyri-rəsmi nikah münasibətlərində olması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, M.Hadıyev saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top