Polşanın maliyyə naziri Tadeuş Koşinski istefa ərizəsini təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TVN24 telekanalına Polşada hakim Qanun və Ədalət partiyasının nümayəndəsi Anita Çervinska məlumat verib.
Onun sözlərinə görə, nazir yeni vergi prinsiplərinin tətbiqi zamanı yol verilmiş nöqsanlara görə siyasi məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edək ki, Koşinski 2019-cu ilin noyabrında maliyyə naziri vəzifəsinə təyin edilib.