Tbilisidə bazarda güclü yanğın olub


Gürcüstanın paytaxtı Tbilisidə “Eliava” bazarında güclü yanğın baş verib.
Yeniavaz.com
Gürcüstan mediasına istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Gürcüstanın Fövqəladə Hallar Xidməti məlumat yayıb ki, görülən tədbirlər nəticəsində yanğın söndürülüb.
Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmır.
Bildirilib ki, tikinti materialları pavilyonunda baş vermiş yanğın nəticəsində 1000-1500 kv.m ərazi yararsız hala düşüb.
Hadisə nəticəsində yaralanan və ya ölən olmayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top