İstanbulda şiddətli partlayış: Yaralılar var – VİDEO


Türkiyənin İstanbul şəhərinin Üsküdar rayonunda beşmərtəbəli binanın sonuncu mərtəbəsində Bakı vaxtı ilə saat 14:30-da şiddətli partlayış baş verib.
Yeniavaz.com
“Sözcü”yə istinadən xəbər verir ki, məhəllə sakinləri partlayış nəticəsində binaların yerindən tərpəndiyini bildiriblər.
Hadisə nəticəsində 4 yaralının olduğu bildirilir. Yaralılar ilkin tibbi yardımın ardından xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Üsküdar bələdiyyəsinin başçısı Hilmi Türkmən partlayışın təbii qazdan olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top