Bakıda mebel sexində yanğın olub - VİDEO


Bu gün səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən mebel sexində yanğın hadisəsi baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə qüvvələri tərəfindən sexdəki yanğının genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib.
Yanğın nəticəsində ümumi sahəsi 200 kvadratmetr olan mebel sexinin içərisində 10 kvadratmetr sahədə taxta materiallar yanıb, sex və içərisindəki materialların böyük hissəsi yanğından mühafizə olunub.
Sözügedən əməliyyatın görüntülərini təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top