Ermənistana verilən hərbçilərlə bağlı Aİ-dən açıqlama


Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanın 8 erməni hərbçini Ermənistana təhvil verməsini alqışlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Toivo Klaar tvitter hesabında paylaşım edib.
“Bu, ötən cümə günü Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Aİ Şurası prezidenti Şarl Mişel arasında keçirilən dördtərəfli görüşdən sonra mühüm humanitar jestdir” ,- paylaşımda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top