Nərimanovda dönərxanadakı yanğın söndürüldü - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyi (FHN) Nərimanovda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Yeniavaz.com
FHN-in saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nərimanov rayonunda obyektdə (dönərxana) yanğın olması barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğın saat 14:21 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.

***14:26
Bakıda dönərxanada yanğın olub.
Yeniavaz.com
xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində yerləşən "Köz tantuni köftə dönər" kafesində qeydə alınıb.
Yanğının hansı səbəbdən çıxdığı məlum deyil.
Əraziyə yanğınsöndürmə qüvvələri cəlb olunub.



DİGƏR XƏBƏRLƏR

Top