"Bizim prezidentliyə namizədimiz bəllidir"


“Bizim prezidentliyə namizədimiz bəllidir, o da cənab Rəcəb Tayyib Ərdoğandır”.
Yeniavaz.com
“Habertürk”ə istinadən xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı, Millət vəkilləri -  Mərkəzi İdarə Heyəti Ortaq Yığıncağında deyib.
“İnanıram ki, 2023-cü ilin iyununda keçiriləcək seçkilərdə cənab Ərdoğan böyük fərqlə qalib gələcək. Cənab Ərdoğan Prezident Hökumət Sisteminin ilk prezidentidir. Və onun yenidən namizəd olması üçün heç bir maneə yoxdur”, - deyə Baxçalı bildirib.

DİGƏR XƏBƏRLƏR

Top