"Bunu ilk olaraq can qardaşlarımızın torpaqlarında etməliyik, dedik”


“Bir halda ki Türkiyədən kənarda bir “Teknofest” reallaşdıracaqdıq, bunu ilk olaraq can qardaşlarımızın torpaqlarında etməliyik, dedik”.
Yeniavaz.com
xəbər verir ki, bunu, bu il Bakıda keçiriləcək “Teknofest" Aerokosmik və Texnologiya Festivalı ilə bağlı mətbuat konfrasında “Teknofest” Müşahidə Şurasının sədri Səlcuq Bayraqdar bildirib.
“Unutmayaq ki, müstəqilliyimiz üçün milli müdafiə sənayesinə sahib olmağımız şərtdir. Bunun ən yaxşı örnəyini “Bayraktar” PUA-larından istifadə etdiyimiz Türkiyənin terrorla mübarizə hərəkatında və qanayan yaramız Qarabağda gördük. Allaha şükür, o yara zəfərin memarı şəhidlərimiz və qazilərimiz sayəsində bağlandı. Qarabağ işğaldan azad oldu. Qarabağlılar evlərinə qayıtmağa başladı. Tam da bu səbəbdən yüksək texnologiyanı mütləq ki, kimsədən asılı olmadan millətimizin yaratması lazımdır. Gəlin gələcəyin güclü Azərbaycanının inkişafında sizlər də yer alın” ,- Bayraqdar qeyd edib.
Qeyd edək ki, mətbuat konfransı Bakıda keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top