Xocavənddə 21 nəfərin yaralandığı qəzanın səbəbi bilindi - YENİLƏNİB


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ötən gün Xocavənddə subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya uğraması ilə bağlı yeni məlumat yayıb. 
Yeniavaz.com
xəbər verir ki, Agentlikdən qəzanın Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alındığı bildirilib:
"İlkin ehtimala görə yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun sürücüsü idarəetməni itirməsi nəticəsində baş verib.
Qəza ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəza nəticəsində 21 nəfər xəsarət alıb".

Səhiyyə Nazirliyi isə qəzada xəsarət alanlarla bağlı məlumat yayıb.
Nazirlikdən bildirilib ki, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşdirilib:
“Onlardan 11-i Türkiyə vətəndaşıdır. 2 nəfər reanimasiya şöbəsində müalicə alır, vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 9 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir”.

***10:08
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.
TƏBİB-dən Yeniavaz.com-a verilən məlumata görə, ilkin tibbi yardımdan sonra 16 nəfər Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.

***09:00
Ötən gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.
Yeniavaz.com 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, qəza Xocavənd rayonu ərazisində baş verib.
Qəza nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar var.
Qəzanın baş vermə səbəbləri və digər təfərrüatlar barədə daha ətraflı məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top