Orduda andiçmə mərasimləri keçirilib - VİDEO


Fevralın 6-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, mərasimlərdə Azərbaycanın Dövlət himni səsləndirilib, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.
Sonda hərbi qulluqçular təntənəli marşla tribunaların önündən keçiblər.
Qeyd edək ki, son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti olaraq qadağan olunub.

 

DİGƏR XƏBƏRLƏR

Top