Son sutka ərzində neçə nəfərə vaksin vurulub?


Azərbaycanda bu gün 32 276 nəfər vaksinasiya olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 457, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 632 nəfər təşkil edib.
Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 28 187-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 218 279, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 248 382, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 752 395 nəfər təşkil edir.
Ümumilikdə isə 2 217 778 buster doza vurulub.

DİGƏR XƏBƏRLƏR

Top