Öldürülən bacı-qardaşın kimliyi bilindi, qatil saxlanıldı - YENİLƏNİB


Goranboy rayonunun Qarasüleymanlı kəndinin yaxınlığında yerləşən torpaq sahəsindən 1970-ci il təvəllüdlü Pərviz Namazov və 1960-cı il təvəllüdlü Namazova Səlminin kəsici alətlə qətlə yetirilmiş meyitləri tapılıb.
DİN Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, qətl hadisəsi bu gün saat 17:20 radələrində qeydə alınıb.
Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin isti izlərlə açılması təmin olunub və qətli törətməkdə şübhəli bilinən onların həmkəndliləri 1965-ci il təvəllüdlü İlham Haqverdiyev saxlanılıb.
İlkin dindirmə zamanı İ. Haqverdiyev deyib ki, həmin torpaq sahəsi uzun müddət onların arasında mübahisəli olub.  Bir müddət öncə məhkəmə qərarı ilə torpaq İlhama verilib. Bu gün İ.Haqverdiyev torpaq sahəsinə gəldikləri bacı-qardaşın orda olduğunu görüb və aralarında yaranan mübahisə zamanı maşınında olan bıçaqla onların hər ikisini vurub.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

***18:34
Goranboyda qətl hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, hadisə torpaq mübahisəsi ilə bağlı baş verib və 2 nəfər bıçaqlanaraq öldürülüb.
Ölənlərin bacı və qardaş olduğu bildirilir.
Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top