Beyləqanda 3 maşın toqquşub, 2-si kanala aşıb - FOTOLAR


Beyləqanda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə Aran Qəsəbəsi - Bəhramtəpə magistral yolunun rayonun Eyvazalılar kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "ZİL" markalı yük maşını "Niva" və "OKA" markalı minik maşınları ilə toqquşub. Zərbənin təsirindən yük və "Niva" markalı minik başını yol kənarındakı su kanalına aşıb.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların kimliyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma başlanılıb.


DİGƏR XƏBƏRLƏR

Top