XİN Ukrayna xalqını təbrik etdi


Azərbaycan Xarici İşlər Nazirliyi Ukrayna ilə diplomatik əlaqələrin qurulmasının 30 iliyi münasibəti ilə Ukrayna xalqını təbrik edib.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Azərbaycan XİN-nin tvitter hesabında paylaşım edilib.
“Bu gün Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə dost Ukrayna hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik!, - paylaşımda qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top