Qaxda güclü külək: 5 kənd işıqsız qaldı


Güclü külək Qax rayonun beş kəndini işıqsız qoyub.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, günorta saatlarından rayonun bəzi ərazilərində güclü küləklə müşahidə edilən hava şəraiti hökm sürür. 

Güclü külək nəticəsində rayonun Alatəmir kənd ərazisində iri gövdəli qoz ağacı elektrik xəttinin üzərinə aşıb. Nəticəsində elektrik xətləri qırılıb. Bu səbəbdən rayonun Alatəmir, Turaclı, Marsan, Fıstıqlı və Cüdüllü kəndlərinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Hazırda Qax rayon Elektrik Şəbəkəsinin əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

Yaxın saatlarda elektrik enerjisinin verilməsi bərpa olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top