Ukraynada hərbçilərə İngiltərə silahlarının istifadəsi üçün təlimlər başladı


Ukraynadakı hərbçilər Böyük Britaniyanın əvvəllər ölkəyə təhvil verdiyi “NLAW” raket sistemlərinin istifadəsi üzrə Çerniqov vilayətində intensiv təlimlərə başlayıblar. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının məlumatında deyilir.
"169-cu "Desna" Təlim Mərkəzinin hərbçiləri “NLAW” tank əleyhinə raket komplekslərinin tətbiqi üzrə intensiv təlimlərə başlayıblar. Hazırda onlar döyüş şəraitində performans xüsusiyyətləri və əməliyyatların taktikası ilə tanış olurlar", - deyə məlumatda bildirilir.

 

DİGƏR XƏBƏRLƏR

Top