ABŞ Ukrayna sərhədçilərinə 40 yolsuzluq avtomobili verdi


ABŞ çətin gedilən sərhəd bölgələrində patrul xidməti aparmaq üçün Ukrayna Dövlət Sərhəd Xidmətinə 40 yolsuzluq avtomobili verib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi öz “Facebook” səhifəsində məlumat yayıb . "ABŞ Ukraynaya sülh və təhlükəsizliyin möhkəmləndirilməsi səylərində dəstəyini davam etdirir. 4 fevral 2022-ci il tarixində ABŞ-ın Kiyevdəki səfirliyinin Ukrayna hüquq-mühafizə orqanlarına texniki yardım departamenti 40 tam ötürücülü "Mitsubishi"ni dövlətə təhvil verib”, -deyə məlumatda bildirilir.
Qeyd olunub ki, bu avadanlıq sərhədçilərə ayrılan 20 milyon dollarlıq təcili yardım paketinin bir hissəsidir.Yardıma həmçinin digər avtomobillər, radiorabitə, fərdi mühafizə vasitələri, çadırlar və digər avadanlıqlar daxildir.

 

DİGƏR XƏBƏRLƏR

Top