Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi 204 ştat vahidi müəyyən edilib.
Yeniavaz.com xəbər verir ki, bu, Nazirlər Kabinenin müvafiq qərarında əksini tapıb.
Qərara əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin işçilərinin say həddi 105 ştat vahidi və regional təhsil idarələrinin işçilərinin say həddi 717 ştat vahidi müəyyən edilib.
Bundan öncə Təhsil Nazirliyinin mərkəzi aparatının ştat sayı 138 ştat vahidi müəyyən edilmişdi. Eyni zamanda, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin bəzi məsələləri barədə” 2006-cı il 25 oktyabr tarixli 230 nömrəli Qərarı da ləğv edilib.