Sumqayıtda şagirdlər 3 gündür məktəbə getmir – VİDEO


Sumqayıt şəhərində Təfəkkür liseyinin 3C sinfinin 33 şagirdi 3 gündür təhsil ocağına gəlməkdən imtina edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə valideynlər “Baku TV”yə müraciət ediblər.
Onların tələbi isə müəllimlərinin dəyişdirilməsidir. Onlar sinfin müəllimi Səbinə Şahbazovanı istəmirlər. Tez-tez dərsdə iştirak etməyən müəllimin onların övladlarına dərs deməyini məqbul saymırlar. Məhz buna görə də uşaqları məktəbə getməyə qoymurlar.
Liseyin direktoru müəllimin analıq məzuniyyətində olduğunu bildirib:
“Bu sinfin müəllimi, Şahbazova Səbinə ağalar qızı 2020-ci ildə analıq məzuniyyətinə gedib. Daha sonra 2021-ci ildə də analıq məzuniyyətində olub. Fevralın 1-də analıq məzuniyyəti bitdiyinə görə müəllim işə çıxır”.

 

DİGƏR XƏBƏRLƏR

Top